Apr
2020
17:30
214
41
3808
Virtual karabakh

Rusiya təşkilatı azərbaycanlı idmançıya təzminat ödəyəcək

9 Apr, 2020
17:30
3808

Rusiya təşkilatı azərbaycanlı idmançıya təzminat ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Fight Nights Global” təşkilatı azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasova təzminat ödəyəcək.

Oxu.Az xəbər verir ki, bunu həmin təşkilatın rəhbəri Kamil Hacıyev Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Soçi (11 aprel), Maqnitoqorsk (17 aprel) və Moskvada (18 aprel) olacaq döyüşlərin koronavirus pandemiyası səbəbindən təxirə salınmasına görə iştirakçı idmançılara kompensasiya ödəniləcək:

“Döyüşçülər həmişə təlim-məşq toplanışlarına pul xərcləyir, müxtəlif yerlərdə hazırlıq keçirlər. Ancaq biz hansısa “riyazi ortalama”nı tapacağıq. Biz, həmçinin, mütləq döyüşçülərin komandaları ilə əlaqə qurub onlara təzminat ödəyəcəyik. Bu oğlanlar vaxt və pullarını itirib. Vaxtı biz kompensasiya edə bilmərik. Ancaq onlara qismən maddi mənada dəstək olmağa çalışacağıq”.

Qeyd edək ki, Nəriman Abbasovun Rusiya idmançısı Mixail Qoqitidze ilə yüngül çəkidə çempionluğu müdafiə etməsi üçün döyüşü aprelin 18-də keçirilməli idi. Lakin iki gün əvvəl “Fight Nights Global 98” turniri təxirə salınaraq, sentyabrın 25-nə keçirilib.  

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri