10 
Apr
2020
12:48
15
113
4193
Virtual karabakh

İspaniyalı futbolçu Azərbaycanda qalmış pullarından danışdı - VİDEO

10 Apr, 2020
12:48
4193

İspaniyalı futbolçu Azərbaycanda qalmış pullarından danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Numansiya” klubundan sonra mən “Real Union” klubuna keçərək orada bir mövsüm keçirdim. Sonra yarım il Kiprdə Nikosiya “Olimpiakos”unda oynadım. Həmin klubdan maaşım verilmədiyinə görə, FIFA-ya şikayət etdim və sərbəst oyunçu oldum. Sonra Azərbaycana yollandım. Orada “Bakı” klubunda 1,5 il oynadım”.

Oxu.Az xəbər verir ki, bunu “Bakı” klubunun sabiq futbolçusu Mario Martines Rubio İspaniya mətbuatına müsahibəsində deyib.

O, karyerasını vərəqləyərkən 2013-2014-cü illərdə yaşadığı Azərbaycan macərasından da danışıb. Ötən il futbolçu karyerasını Yunanıstanın PAE klubunda başa vuran 35 yaşlı sabiq yarımmüdafiəçi artıq dağılmış “Bakı” klubundan maaşını tam ala bilmədiyini deyib:

“İlk yarım il yaxşı keçdi, problemim olmadı. Orada oynamaq mənim üçün rahat idi. Ancaq daha yaxşı olmalı ikinci dövrədən etibarən çoxlu problemlər yarandı. Yenidən komandam pulumu verməməyə başladı... Kolumbiyanın “Xaquares de Kordoba” klubu ilə müqavilə bağladım. Orada da hiss etdim ki, mənə pul ödənilməyəcək. Bu illər mənim üçün çətin keçdi”.

Qeyd edək ki, 2013-cü ilin yanvarında “Bakı” klubuna transfer olunmuş Mario Martines Azərbaycan Premyer Liqasında cəmi beş oyunda meydana çıxıb və bir qola imza atıb. Onun oynadığı dövrlər “Bakı” klubunun maliyyə problemləri ilə üzləşdiyi vaxta düşüb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri