16 
Apr
2020
16:54
252
61
6932
Virtual karabakh

Rəsul Çunayev: “Bərbər tapa bilməyəcəkdim deyə, saçımı birdəfəlik kəsdirdim” - VİDEO

16 Apr, 2020
16:54
6932

Rəsul Çunayev: “Bərbər tapa bilməyəcəkdim deyə, saçımı birdəfəlik kəsdirdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, dünya çempionumuz Rəsul Çunayevin Oxu.Az saytına müsahibəsi 

– Karantin günlərində nə işlə məşğulsunuz?

– Məşq edirəm. Fiziki cəhətdən formamı qorumağa çalışıram.

– Öz zalınızda məşq edirsiniz? Axı, idman zallarının fəaliyyətinə məhdudiyyət qoyulub...

– Karantin elan olunandan idman zalım bağlıdır. Heç bir müştəri qəbul etmirəm. Yalnız özüm formadan düşməmək üçün bura gəlib məşq edirəm. Yəni, karantinin qaydalarının tələblərini pozmuram. Yeri gəlmişkən, sağ olsun zalı mənə icarəyə verən şəxs. O məndən zal qapalı olduğu müddətdə icarə pulu götürməyəcəyini bildirib. 

– Bəs yarışların olmadığı dövrdə məşqdən başqa nə işlə məşğul olursunuz?

– Məndə evdə də idman etmək üçün paralel qollar var. Onlarla da məşq edirəm. Jurnalistlər zəng vurur, müsahibələr verirəm. Bacımın övladları ilə oynayıram. İngilis dilini öyrənməyə başlamışam.

YouTube vasitəsilə öyrənirsiniz?

– Yox, yaxın dostum var, o, onlayn şəkildə öyrədir. Dərslərə elementar səviyyədən başlamışam. O, mənə suallar, tapşırıqlar verir, mən də cavabları tapmağa və tapşırıqları həll etməyə çalışıram. Onsuz da mən dili tez öyrənən adamam. Balakəndən Bakıya gələndə Azərbaycan və rus dillərində danışa bilmirdim. Əvvəlki müsahibələrimə nəzər salsanız, bunu görmək olar. Amma indi Azərbaycan dilində təmiz danışıram. Hətta türk dilində də danışmağı bacarıram.

– İndi çəkiniz nə qədərdir?

– 72 kiloqram.

– Bildiyimizə görə, olimpiya çəkisi olduğu üçün 67 kq dərəcəsində yarışmalısınız. Çəkinizi aşağı salmağa tələsmirsiniz?

– İndi artıq fiziki məşq edirəm. Ona görə də, istər-istəməz bədən şişir. Amma güləş məşqləri zamanı fəndləri edərkən döşəyə yıxılırsan deyə, çəkin də düşür. Hazırda yalnız bacım uşaqları ilə güləş fəndləri edirəm (gülür).

– Saçınızı təmiz kəsdirmisiniz...

– Karantin müddətinin uzanacağını ehtimal etdiyimdən, saçımı birdəfəlik kəsdirdim. Bildim ki, sonra bərbər tapmaq çətin olacaq.

– Bütün günü ailə ilə birlikdəsiniz. Yarışlar başlayanda ailədən ayrı qalmaq çətin olmayacaq?

– Mən 10 yaşımdan ailədən ayrı düşüb məşqlərə getmişəm. Ona görə də, çətin olacağını düşünmürəm. İntizamı sevirəm, intizam da məni (gülür). İndiyədək heç vaxt məşqə gecikməmişəm. İntizam olan yerdə uğur da olur.

– Rəqiblərinizi təhlil edirsiniz?

– Mən adi vaxtlarda belə rəqiblərin güləşinə baxmağı xoşlamamışam. Öz güləşimi göstərməyə çalışmışam. Həm də indidən rəqiblərin güləşinə baxmağın bir mənası yoxdur. Karantin bitsə də, bizdə ilin sonunadək böyük yarış olmayacaq. O dövrə qədər kim hansı formada olacaq, Allah bilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri