14 
May
2020
11:21
11
94
1967
Virtual karabakh

Millimizin sabiq baş məşqçisi istefasından danışdı: “Federasiyada hamı mənimlə razı deyildi”

14 May, 2020
11:21
1967

Millimizin sabiq baş məşqçisi istefasından danışdı: “Federasiyada hamı mənimlə razı deyildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Millidən ayrılmağımın əsas səbəbi səhhətimlə bağlıdır. Çünki ağciyərlərimdə problem vardı, bronxial astma xəstəsi idim. Əsəbiləşəndə nəfəs ala bilmirdim. 15 ildir ki, xəstəyəm. Ağciyərlərə oksigen qəbul etmək üçün xüsusi müştükdən istifadə edirdim. İndi bir az düzəlmişəm. Ürəyimdən də əməliyyat olunmuşam”.

Bunu Oxu.Az-a boks üzrə əsas və gənclərdən ibarət millimizin keçmiş baş məşqçisi Vaqif Şirinov deyib.

Ötən ilin iyulunda komandadan öz xahişi ilə ayrılan V.Şirinov bəzi məqamlara aydınlıq gətirib. Hazırda Moskvada Olimpiya Ehtiyatları Məktəbində baş məşqçi işləyən təcrübəli mütəxəssis federasiyadan incidiyini də qismən etiraf edib:

“İkinci Avropa Oyunlarından sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılovla və baş katib Nağı Səfərovla söhbət etdim. Onlara bildirdim ki, məni bağışlayın, səhhətimə görə getməliyəm. Həmçinin, razılaşmadığım bəzi məqamlar vardı ki, bu səbəbdən ayrılmaq istədim. Bu, həm mənim, həm də komanda üçün yaxşı qərar idi. Həmin məqamları telefon söhbətində açıqlamaq istəmirəm”.

Vaqif Şirinov daha sonra narazı olduğu məqamların bəzilərini açıqlayıb:

“Komandada nəsil dəyişməlidir. Mən bu prosesə başlamışdım. Vaxt lazım idi. İntəhası, federasiyada hamı mənimlə razı deyildi. Bir var inqilab, bir də var təkamül. Mən ikinci yolu seçmişdim. Yavaş-yavaş millidə dəyişikliklər edirdim. Yığma komandada hər boksçu şəxsiyyətdir. Onu millidən uzaqlaşdıranda da bunu hörmətlə etmək lazımdır...

Avropa Oyunlarından sonra dünya çempionatına az vaxt qalmışdı. Məndən sonra əsas komandanı Yekaterinburqdakı dünya çempionatına göndəriblər. Bu, yanlış addım idi. Ora gənclər göndərilməli idi. Avropa Oyunlarında iştirak edən boksçulara isə bərpaedici məşqlər lazım idi. Bundan sonra London Olimpiya təsnifat turnirində kimin hansı formada olacağı görünəcəkdi. Mən belə planlaşdırmışdım. Ancaq hər şeyi mən edə bilmirəm ki. Məndən asılı deyildi...”

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri