19 
May
2020
13:40
11
82
1708
Virtual karabakh

Ailəsi koronavirusa yoluxmuş “Sabah”ın futbolçusundan xəbər var

19 May, 2020
13:40
1708

Ailəsi koronavirusa yoluxmuş “Sabah”ın futbolçusundan xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbolçumuz Məhəmməd Mirzəbəyov Azərbaycan Premyer Liqası dayandırıldığı vaxtdan ölkəmizi tərk etməyib. Onun koronavirusa yoluxma təhlükəsi yoxdur”.

Bunu Oxu.Az-a “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

O bildirib ki, Dağıstandan olan Mirzəbəyovun ailəsi koronavirusa yoluxsa da, futbolçunu belə bir təhlükə gözləmir:

“Məhəmməd Premyer Liqa dayandırıldığı martın 13-ü tarixindən Azərbaycanı tərk etməyib. O, digər legionerlərimiz kimi, Bakıda qalıb. Üstəlik, onun yaxınlarda klubda verdiyi koronavirus testinin nəticəsi də neqativ çıxıb”.

Qeyd edək ki, millimizdə də oynamış Məhəmməd Mirzəbəyovun valideynləri, iki qardaşı və onların həyat yoldaşları koronavirusa yoluxub. Bunu futbolçu özü açıqlayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri