19 
May
2020
17:05
128
32
1601
Virtual karabakh

Sonuncu dəfə Azərbaycanın ev sahibliyi etdiyi iki mötəbər yarış təxirə salındı

19 May, 2020
17:05
1601

Sonuncu dəfə Azərbaycanın ev sahibliyi etdiyi iki mötəbər yarış təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanı cənginə alan koronavirus pandemiyası bütün sahələrə olduğu kimi böyük idman yarışlarına da təsirsiz ötüşmür. 

Oxu.Az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul-8 avqust tarixlərinə keçirilməsi gələn il təşkili nəzərdə tutulan iki mötəbər yarışın da vaxtının dəyişdirilməsinə səbəb olub.

Bu yarışlardan biri gələn ilin 24 iyul-1 avqust tarixlərində Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilməli olan Avropa Gənclər Yay Olimpiya Festivalıdır (EYOF). Tokio Olimpiadasının vaxtının gələn ilə dəyişdirilməsindən sonra təşkilatçılar fərqli yaş kateqoriyaları olsa da, EYOF 2021-in 2022-ci ilin 24-30 iyul tarixlərində təşkil edilməsinə qərar verib.

2021-ci ilin 20-29 avqust tarixlərində Türkiyənin Konya şəhərinin qəbul etməli olduğu V İslam Həmrəyliyi Oyunları da 2022-ci ilə keçirilib. İslam Həmrəyliyi İdman Federasiyası Olimpiada ilə arasında qısa zaman kəsiyinə görə, bu yarışın 2022-ci ilin avqustunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, iki ildən bir təşkil edilən EYOF və dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları üzrə son yarışlara Azərbaycan ev sahibliyi edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri