20 
May
2020
10:09
168
19
6167
Virtual karabakh

“Barselona” türkiyəli futbolçu üçün rekord məbləğ ödəyəcək

20 May, 2020
10:09
6167

“Barselona” türkiyəli futbolçu üçün rekord məbləğ ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli ulduz futbolçu Çağlar Söyüncü növbəti mövsüm “Barselona”nın forması geyinəcək.

İspaniyanın “Don Balon” nəşrinin iddiasına görə, o, Jerar Pikenin mövqeyində oynayacaq.

“Barsa”nın bu transfer üçün 55 milyon avro ödəyə biləcəyi qeyd olunur.

AS nəşrinə danışan futbolçunun meneceri Mustafa Doğru da iddiaları təsdiqləyib. O, “Barselona”nın Çağlar Söyüncü ilə hələ “Altınordu”da oynadığı dövrdən maraqlandığını vurğulayıb. İngiltərədə yalnız “Liverpul”un türkiyəli ulduzu ala biləcək maddi səviyyədə olduğunu bildirən menecer PSJ-nin də bu mövzuda sürpriz edə biləcəyini qeyd edib.

Sözügedən transfer baş tutacağı halda hazırda “Lester”də çıxış edən Çağlar Söyüncü dünyanın ən bahalı türkiyəli futbolçusu kimi tarixə düşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri