22 
May
2020
15:54
49
51
4375
Virtual karabakh

Azərbaycanın yarımçıq qalmış 21 çempionatı barədə qərar verildi

22 May, 2020
15:54
4375

Azərbaycanın yarımçıq qalmış 21 çempionatı barədə qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İcraiyyə Komitəsi yarımçıq saxlanılmış 21 liqa ilə bağlı qərarlar qəbul edib.

Oxu.Az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Final mərhələsi pley-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan edilib. Beləliklə, “Sabah” U-17 liqasının, “Qəbələ” isə U-16 və U-15 liqalarının çempionu olub.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Premyer Liqası və I Divizionla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, COVID-19 pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Futzal üzrə Yüksək Liqa, I Liqa, II Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul ediləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri