23 
May
2020
12:44
143
41
6118
Virtual karabakh

MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi

23 May, 2020
12:44
6118

MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı MMA döyüşçüsü Tahir Ulanbekov Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədova müraciət edib.

Bu barədə idmançı “Instagram” hesabında yazıb.

T.Ulanbekov mayın 22-də UFC ilə müqavilə imzalayıb.

“Bugünkü səviyyəyə çatdığım üçün bu insana çox şey borcluyam. Onun yanına necə gəldiyimi və mənim üçün etdiklərini xatırlayıram. Bu insan mənə, ailəmə çox əmək, vaxt və əsəblərini sərf edib”, - deyə idmançı yazıb.

Xatırladaq ki, A.Nurməhəmmədov koronavirus diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri