25 
May
2020
14:41
117
28
2990
Virtual karabakh

Hakan Çalhanoğlu: “İbrahimoviçin azarkeşlik etdiyi türk klubu var”

25 May, 2020
14:41
2990

Hakan Çalhanoğlu: “İbrahimoviçin azarkeşlik etdiyi türk klubu var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Milan” klubunda forma geyinən türkiyəli ulduz futbolçu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçin Türkiyədə azarkeşlik etdiyi bir klub olduğunu açıqlayıb.

Bu barədə futbolçu “A Spor” telekanalında yayımlanan “Son Sayfa” proqramında qonaq olarkən danışıb.

“Zlatan İbrahimoviçlə aramız çox yaxşıdır. Mənə dəstək olur. Həm meydanda, həm də meydandan kənarda yaxşı yola gedirik. Kənardan göründüyü kimi eqolu bir insan deyil.

Meydandakı görünüşü çox normaldır. Çünki çox iddialı oyunçudur, meydandan kənarda isə qəlbi təmiz bir insandır.

Eyni zamanda, türkləri çox sevir. Azarkeşlik etdiyi bir türk komandası var, ancaq söyləmərəm”, - deyə H.Çalhanoğlu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri