26 
May
2020
15:23
120
62
3273
Virtual karabakh

Həbib Nurməhəmmədov məşhur finalı xatırladı: “Liverpul”a azarkeşlik edirdim” - FOTO

26 May, 2020
15:23
3273

Həbib Nurməhəmmədov məşhur finalı xatırladı: “Liverpul”a azarkeşlik edirdim” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionu Həbib Nurməhəmmədov 2005-ci ildə “Liverpul” və “Milan” futbol klubları arasında baş tutan Çempionlar Liqasının final oyunu barədə xatirələrini bölüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə idmançı “Instagram” hesabının hekayə bölümündə paylaşım edib.

Görüşdən fraqmentləri paylaşan H.Nurməhəmmədov qeyd edib:

“Qarşılaşmaya baxır və inanılmaz dərəcədə “Liverpul”a azarkeşlik edirdim”.

Xatırladaq ki, sözügedən oyun 25 may 2005-ci ildə İstanbulda baş tutub. İlk hissədə “Liverpul” 0:3 hesabı ilə geri düşsə də, 54-60-cı dəqiqələr arasında üç qol vurmaqla qarşılaşmanı əlavə vaxta aparıb. 11 metrlik zərbələr seriyasında “Liverpul” “Milan”ı 3:2 hesabı ilə üstələyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri