29 
May
2020
10:31
166
24
1923
Virtual karabakh

Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub

29 May, 2020
10:31
1923

Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub.

Turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub.

Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur.

Yarış playchess.com virtual oyun platforması vasitəsilə keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri