İyn
2020
11:46
412
24
3942
Virtual karabakh

Nəriman Vartanyana qalib gəlib finala çıxdı - FOTO

1 İyn, 2020
11:46
3942

Nəriman Vartanyana qalib gəlib finala çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Fight Nights Global” MMA turnirinin yüngül çəkidə çempionu Nəriman Abbasov erməni idmançı Eduard Vartanyana qalib gəlib.

Oxu.Az-ın xəbərinə görə, Rusiyanın “Vestnik MMA” “Instagram” səhifəsində baş tutan onlayn yarışın yarımfinalında iki idmançı arasında səsvermə keçirilib.

24 saat ərzində “Instagram”ın hekayə bölməsində gerçəkləşən səsvermənin qalibi Nəriman olub.

Beləliklə, idmançımız turnirin finalına vəsiqə qazanıb. Onun finaldakı rəqibi çeçen Yusif Raisov olacaq. Raisov yarımfinalda Aleksandr Şabliyə qalib gəlib.

Qeyd edək ki, Nəriman Abbasovla Eduard Vartanyan real döyüşdə bir-birinə rəqib olmalıydı. Görüş “Fight Nights Global”ın çempionluq kəmərinin müdafiəsi üçün Moskvada keçirilməli idi. Lakin “Şir ürəkli” ləqəbli Vartanyan yanvarda Nərimana rəqib olmaqdan imtina etmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri