İyn
2020
13:17
15
52
2098
Virtual karabakh

“Neftçi” bir futbolçusu ilə anlaşdı, digəri ilə vidalaşdı, bombardiri isə yol üstədir - FOTO

1 İyn, 2020
13:17
2098

“Neftçi” bir futbolçusu ilə anlaşdı, digəri ilə vidalaşdı, bombardiri isə yol üstədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini daha iki il uzadıb.

Oxu.Az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək.

Qeyd edək ki, Anton Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, dörd qola imza atıb.

Lakin əvəzində klubun haitili sol cinah müdafiəçisi Vild-Donald Qeryenin komandadan ayrılacağı dəqiqləşib. Ötən ilin sentyabr ayının 5-də “Neftçi” ilə bir illik müqaviləyə imza atmış “Qarabağ”ın sabiq futbolçusunun anlaşmasının müddəti başa çatıb. 31 yaşlı futbolçu “Instagram” hesabında etdiyi paylaşımla “Neftçi”yə təşəkkür edərək, karyerasında yeni macəraya başlayacağını bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Time for a new chapter #Thank you @pfcneftchi #was a pleasure

A post shared by Wilde’Donald Guerrier🇭🇹 (@dguerrier77) on

Onu da bildirək ki, “Neftçi”nin fransalı hücumçusu Baqaliy Dabonun klubla müqaviləsi başa çatıb. Yeddi qolla cari mövsümün dörd bombardirindən biri olan Dabonun Kiprin “Apollon” klubuna keçidi reallaşmaq üzrədir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri