İyn
2020
13:30
58
16
2435
Virtual karabakh

Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi - TƏQVİM

1 İyn, 2020
13:30
2435

Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi - TƏQVİM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərpa olunacaq futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimi açıqlanıb.

Oxu.Az xəbər verir ki, Premyer Liqa iyunun 21-i XXI turla bərpa olunacaq.

Həmin gün “Qarabağ” – “Qəbələ”, “Sabah” – “Keşlə”, “Sumqayıt” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları keçiriləcək. Ümumiyyətlə, bütün turun oyunları eyni gündə keçiriləcək. Belə ki, XXII tur 26 iyun, XXIII tur 30 iyun, XXIV tur 5 iyul, XXV tur 9 iyul, XXVI tur 17 iyul, XXVII tur 25 iyul və XXVIII tur 29 iyulda baş tutacaq.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları (“Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Qarabağ”) 13 iyulda, cavab matçları isə 21 iyulda keçiriləcək. Azərbaycanda cari futbol mövsümünə avqustun 2-də yekun vurulacaq. Həmin gün ölkə kubokunun final matçı təşkil olunacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri