İyn
2020
10:29
20
58
2097
Virtual karabakh

“Neftçi”nin transfer edəcəyi braziliyalı: “Burada həyatımın ən xüsusi qollarından birini vurdum” - FOTO/VİDEO

2 İyn, 2020
10:29
2097

“Neftçi”nin transfer edəcəyi braziliyalı: “Burada həyatımın ən xüsusi qollarından birini vurdum” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin müdafiənin sol cinahı üçün alacağı futbolçunun adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, Braziliya B Seriyasının “Quareni” klubunda çıxış edən Talison Auqusto Tavariz Cias ilə üç illik müqavilə bağlayacaq.

O, Azərbaycanda Braziliyadakı məbləğdən çox qazanacaq. Qısaca Talison kimi tanınan 28 yaş yaşlı futbolçu özü də beş saat öncə etdiyi paylaşımında ayrılacağını bildirib:

“Bu gün “Quareni” kimi böyük klubda karyeramı başa vururam. Burada karyeramın ən vacib anlarından birini yaşadım. Mən də bu tarixi forma ilə həyatımın ən xüsusi qollarından birini vurdum.

Ötən ilin sonundan bəri burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Bu klubu və bu komandanın azarkeş coşqusunu yaddaşımda əbədi olaraq saxlayacağam. Çox sağ olun!”

Qeyd edək ki, Talison legioner kimi yalnız Belçikada çıxış edib. Lakin ötən mövsüm çıxış etdiyi “Sint-Tröyden” klubu ilə cəmi bir matça çıxıb və 19 dəqiqə oynaya bilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri