İyn
2020
14:03
377
28
3082
Virtual karabakh

“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur

2 İyn, 2020
14:03
3082

“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur.

Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).

Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz təşkil etmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri