İyn
2020
16:20
18
65
1169
Virtual karabakh

“Neftçi”nin bir oyunu qadağaya görə sual altına düşdü

4 İyn, 2020
16:20
1169

“Neftçi”nin bir oyunu qadağaya görə sual altına düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK Premyer Liqadan əvvəl iki yoxlama oyunu keçirmək istəyir.

Oxu.Az xəbər verir ki, artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində iyunun 9-u, saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə”, iyunun 14-ü, saat 20:00-da isə “Bakcell Arena”da “Qəbələ” ilə qarşılaşmağı planlaşdırır.

Lakin ikinci görüş baş tutmaya bilər. Buna səbəb bu gün Baş nazir Əli Əsədovun ayın 14-də də küçələrə çıxmamaq barədə qadağanın olmasını bildirməsidir.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri