İyn
2020
16:58
32
120
1496
Virtual karabakh

Azərbaycan stadionlarında azarkeşlər üçün həkimlərin fəaliyyəti dayandırıldı

Azərbaycan Premyer Liqası zamanı stadionlardakı “Sky-Box”lardan istifadə etmək mümkün olacaq.

Oxu.Az xəbər verir ki, “Sky-box”ların tutumunun yarısı qədər şəxslərin girişinə icazə veriləcək.

Orada sosial məsafə qorunmalı və hər kəs tibbi maskada olmalıdır.

“Sky-box”da su, çay istisna olmaqla, paketlənməmiş şəkildə təqdim olunan digər qəlyanaltıların servisi qadağan olunacaq. “Sky-box”ların ümumi girişinə dezinfeksiya aparatı yerləşdiriləcək.

Bundan başqa, cari mövsümün Əsasnaməsinin 9-cu bəndinə dəyişikliklər edilib:

* İyun-iyul aylarında ölkədə müşahidə olunan ənənəvi hava şəraitini nəzərə alaraq oyun meydançası üç dəfə sulanacaq. Oyundan bir saat əvvəl (beş dəqiqədən az olmayaraq), oyundan 10 dəqiqə əvvəl (üç dəqiqədən az olmayaraq), fasilədə (üç dəqiqədən az olmayaraq).

* Əvəzetmə sayı beşə qaldırıldığı üçün beş nəfər ehtiyat oyunçuya eyni anda qapı xətti arxasında məşq etməyə icazə verilir.

* Oyunlara azarkeş buraxılmadığı üçün azarkeşlər üçün tələb olunan həkimin dəvət olunması müvəqqəti olaraq dayandırılır.

* Vəziyyət nəzərə alınaraq, topdaşıyanların və xərəkdaşıyanların sayında dəyişiklik edilir. Onların hər birinin sayı müvəqqəti olaraq dörd nəfər müəyyən olunur. Bu qrup stüartlardan da ibarət ola bilər. Bir şərtlə ki, şəxslər əvvəlcədən meydan sahibi klub və nümayəndə tərəfindən təlimatlandırılmalıdır.

Topdaşıyan və xərəkdaşıyan şəxslər tibbi maskada olmalıdırlar. Onların yaşı 18-dən az olmamalı və stadiona gələn zaman hərarətləri ölçülməli, yerli komandanın həkimi ilə fərdi söhbətə cəlb olunmalıdırlar. Klublara tövsiyə edilir ki, bütün ev oyunlarına eyni şəxslər cəlb olunsun.

* Hava şəraiti nəzərə alınaraq futbolçulara hər hissədə iki dəfə bir dəqiqədən artıq olmayaraq su fasiləsi veriləcək.

* Oyun təşkilinə cavabdeh olan şəxslərin təyinatı üzrə siyahısında hər hansı bir dəyişiklik yoxdur. Oyunlar zamanı təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı 25 nəfərdən az olmamalıdır. Onların stadion üzrə paylanmasında AFFA nümayəndəsi yaxından iştirak etməlidir.

* Burada qeyd olunmayan, amma meydana çıxa biləcək problemlərlə bağlı qərar AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının Yarışların Təşkili Departamenti ilə aparılacaq müzakirələrdən sonra veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri