İyn
2020
17:59
490
68
7474
Virtual karabakh

Ronaldu ilk milyarder futbolçu oldu

5 İyn, 2020
17:59
7474

Ronaldu ilk milyarder futbolçu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya millisinin və “Yuventus”un forvardı Kriştianu Ronaldu karyerasının 17 ilində müxtəlif klublardan qazandığı və sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə etdiyi gəlirlə ilk milyarder futbolçu olub.

“Forbes” xəbər verir ki, 35 yaşlı məşhur futbolçunun gəliri 1 milyard dolları keçib.

Əvvəl iki amerikalı - qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer buna müvəffəq olublar.

17 illik karyerası ərzində Ronaldu 650 milyon dolları klublardan - Lissabonun “Sportinq”, “Mançester Yunayted”, Madridin “Real” və Turinin “Juventus”, qalan hissəni isə sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə edib.

ABŞ-ın idman avadanlığı istehsalçısı “Nike” ilə bağlanmış müqaviləyə əsasən Ronaldu ildə 20 milyon dollar qazanır. 2016-cı ildə o, şirkətlə ömürlük müqavilə bağlayıb. Eyni zamanda, portuqaliyalı “Clear”, “Herbalife” və “Abbott” ilə əməkdaşlıq edir.

Ötən il Ronaldunun xalis mənfəəti 105 milyon dollar olub. “Forbes”in ən çox qazanan dünya məşhurları sıralamasında o, dördüncü yeri tutub. Ondan əvvəlki yerləri ABŞ-lı model və teleşou iştirakçısı Kayl Cenner (590 milyon dollar sərvətlə), ABŞ-lı reper və dizayner Kanye Uest (170 milyon dollar sərvətlə) və isveçrəli tennisçi Rocer Federer (106,3 milyon dollar sərvətlə) paylaşıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri