İyn
2020
11:10
192
17
5124
Virtual karabakh

Azərbaycanlı döyüşçüdən rusiyalıya sərt cavab - FOTO

6 İyn, 2020
11:10
5124

Azərbaycanlı döyüşçüdən rusiyalıya sərt cavab - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın MMA döyüşçüsü, hazırda Rusiyanın “Fight Nights Global” turnirinin yüngül çəki dərəcəsində çempionu Nəriman Abbasov bir məsələyə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, N.Abbasov 2018-ci ildə Tofiq Musayevin Bakıda məğlub etdiyi rusiyalı Maarif Pirayevin onunla döyüşmək istəməsinə cavab verib:

“İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir. Artıq qəfəsdə yox, yalnız onun kənarında özünü göstərə bilənlər başqa nə edə bilər ki?! MMA kimi məşhur idman növündə təvazökar döyüşçü olmağı çoxu bacarmır”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

🇦🇿🌍 İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi, sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun bir karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir. Artıq qəfəsdə yox, yalnız onun kənarında göstəriş edə bilənlər başqa nə edə bilər ki. MMA kimi məşhur bir idman növündə təvazökar bir döyüşçü olmağı çoxları bacarmır. Хотелось бы успокоить фанатов, которые переживают из-за шумихи, сложившейся в последние дни вокруг меня. Шоу - это часть ММА. Очень часто на фоне угасания карьеры бойцы бросают вызовы, оскорбления и угрозы другим, более популярным бойцам, находящимся на пике славы. А что еще делать тем, кто уже не может показать зрелище в клетке, а только за ее пределами. Быть скромным бойцом в таком популярном виде спорта как ММА удается единицам. #mma #hype #trashtalk

A post shared by Nariman Abbasov (@nariman__abbasov) on

Qeyd edək ki, “Piranya” ləqəbli M.Pirayev çempionluq kəməri üçün məhz N.Abbasovla döyüşmək istəyir. Təşkilatçılar isə sentyabrın 25-də Nərimana rəqib kimi digər rusiyalı Mixail Qoqitidzeni təyin edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri