İyn
2020
17:50
21
90
2116
Virtual karabakh

MOK bəyanat yaydı: “İddialar əsassız, qərəzli xarakter daşıyır”

6 İyn, 2020
17:50
2116

MOK bəyanat yaydı: “İddialar əsassız, qərəzli xarakter daşıyır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən insidethegames.biz saytında “Maklarenin hesabatında Azərbaycan prezidentinin Tamaş Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” başlıqlı məqalə dərc olunub.

Oxu.Az xəbər verir ki, orada kanadalı professor Riçard Maklarenin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə də toxunub. 

Belə ki, iddiaya görə Azərbaycan Milli Olimpiya Komitəsi 2016-cı ildə IWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə minnətdarlıq bildirib. Hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinqə düşmüş 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu Beynəlxalq Qran-Pri yarışında iştirakına imkan verilməsindən ibarət olub.

Milli Olimpiya Komitəsi bununla bağlı bəyanat yayıb:

“Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır. Belə ki, Ümumdünya Antidopinq Məcəlləsinə əsasən, antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın verildiyi günədək əldə etdiyi bütün nəticələri ləğv edilir. Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur. 

Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir “təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyil”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri