10 
İyn
2020
20:15
201
50
3363
Virtual karabakh

Ukraynada yaşayan azərbaycanlı “Professor”: “Qismət olsa, Azərbaycan pasportu da alaram”

10 İyn, 2020
20:15
3363

Ukraynada yaşayan azərbaycanlı “Professor”: “Qismət olsa, Azərbaycan pasportu da alaram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Professor” ləqəbli peşəkar kikboksinq üzrə azərbaycanlı idmançı Alim Nəbiyevin Oxu.Az saytına müsahibəsi

– Karantin necə keçir?

– Karantin yaxşı keçir. Evdə otururam. Uşağım olub, oğlandır. Adını hələ heç kimə demirəm, sürpriz saxlayıram. Məşqlərim bir az pis keçdi. Çünki bir ay ailə vəziyyətimlə bağlı olaraq xəstəxanalarda oldum, məşqlərə vaxt edə bilmədim. İndi isə hər şey yaxşıdır.

– Hazırda fiziki formanız nə yerdədir?

– Evdə məşqlərə başlamışam. “Glory” turnirindən cavab gözləyirəm. İnşallah, 2-3 həftəyə ordan mənim döyüşümlə bağlı cavab verməlidirlər. Sentyabr-oktyabra döyüş salınsa, zalda məşqlərə başlayacağam. Sərhədlər açılsa, xaricə təlim-məşq toplanışına gedəcəyəm.

– Ukraynada zalların durumu nə yerdədir? Açıq olanı var?

– Böyük fitness zalları bağlı idi, yenicə açılıb. Yaşadığım Poltava şəhərində iki kikboksinq zalı var. Bunların birində istənilən vaxt məşq keçə bilərəm. Dediyim kimi, artıq məşqlərə başlamışam. Bir aya əvvəlki fiziki formamı bərpa edəcəyəm. Sərhədlər açıldıqdan sonra da fikrim budur ki, ilk səfərimi Azərbaycana edim. Çünki Bakıda çoxlu dost-tanışlarım var. Bəlkə də təlim-məşq toplanışını orda keçirdim.

– Bir az özünüz haqda da məlumat verin. Necə oldu ki, Ukraynada yaşayırsınız?

– Gürcüstanın Telavi rayonunun Qaraçala kəndində anadan olmuşam. Valideynlərim Tbilisidə yaşayır. 3 yaşımda ordan Türkiyəyə köçdük. 5 yaşımda isə Ukraynaya gəldim. Məktəbi Ukraynada bitirmişəm, idmana da burda getmişəm. Mənim həm Ukrayna, həm də Gürcüstan vətəndaşlığım var. Qismət olsa, Azərbaycan pasportu da alaram.

– “Glory” turnirində növbəti rəqibiniz kim ola bilər?

– Hələ heç nə bilinmir. Amma Arubadan olan Eyevan Danenberqlə revanş görüşüm ola bilər. Onu iki il əvvəl onun vətəndaşı olduğu Niderlandın paytaxtı Amsterdamda məğlub etmişəm.

– Bir ara “Qəbələ” klubunun idmançısı idiniz. Hazırda bu klubla müqaviləniz nə yerdədir?

– “Qəbələ” ilə müqaviləm başa çatıb. Amma klub rəhbərliyi ilə yaxşı münasibətim qalmaqdadır. Rəsmi olaraq isə hazırda məni “Qəbələ” ilə heç nə bağlamır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri