27 
İyn
2020
11:06
117
20
3305
Virtual karabakh

Azərbaycanlı hücumçu Latviyada qol hesabını açdı - VİDEO

27 İyn, 2020
11:06
3305

Azərbaycanlı hücumçu Latviyada qol hesabını açdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Latviya çempionatında üçüncü turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, azərbaycanlı forvard Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” klubu növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” komandası ilə qarşılaşıb. “Dauqavpils” bu oyundan qələbə böyük hesablı qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı ikinci hissənin əvvəlində meydançaya çıxıb. O, 66-cı dəqiqədə dirəkdən qayıdan topu boş qapıya göndərməklə cari mövsümdə qol hesabını açıb.

Qeyd edək ki, üç turdan sonra üç xalı olan “Dauqavpils” turnir cədvəlində 10 kollektiv arasında altıncı sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri