29 
İyn
2020
12:32
36
63
1383
Virtual karabakh

İslam Həmrəyliyi Oyunlarının Tokio Olimpiadasından sonra keçirilməsi təsdiqləndi

29 İyn, 2020
12:32
1383

İslam Həmrəyliyi Oyunlarının Tokio Olimpiadasından sonra keçirilməsi təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan idmançılarının da iştirak edəcəyi V İslam Həmrəyliyi Oyunlarının tarixi növbəti dəfə dəyişdirilib.

Oxu.Az xəbər verir ki, 2021-ci ildə Türkiyənin Konya şəhərində keçirilməli olan yarışın tarixində dəyişiklik təsdiqlənib.

Belə ki, yeni qərara əsasən, yarış gələn il 10-19 sentyabr tarixlərində baş tutmalıdır.

Qeyd edək ki, Tokio Olimpiadası 2021-ci ilin 23 iyul – 8 avqust, Paralimpiya Oyunları 24 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, dördüncüsü Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunları 2021-ci ilin 20-29 avqust tarixlərində təşkil olunmalı idi. Lakin Olimpiada və Paralimpiya Oyunlarına görə yarış daha öncə 2022-ci ilə təxirə salınmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri