29 
İyn
2020
13:58
165
29
3830
Virtual karabakh

Millimizin baş məşqçisi altı aydan sonra ailəsinə qovuşdu - FOTO

29 İyn, 2020
13:58
3830

Millimizin baş məşqçisi altı aydan sonra ailəsinə qovuşdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate millimizin baş məşqçisi Bahattin Kandaz uzun müddətdən sonra ailəsinə qovuşub.

Oxu.Az-ın xəbərinə görə, karantinə görə Azərbaycan sərhədlərini tərk edə bilməyən türkiyəli məşqçi əvvəl İstanbula, ordan isə yaşadığı İsveçrənin Bazel şəhərinə gedib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamasında bu məlumatı təsdiqləyib:

“İyunun 26-da onu hava limanına yola saldıq. Bir gün İstanbulda qaldı, qohumları ilə görüşdü. Sonra İsveçrəyə yola düşdü. Əslində mayın 19-na onun “Türk Hava Yolları”na bileti vardı. Lakin onda gedişi baş tutmamışdı”.

Qeyd edək ki, Bahattin Kandaz yanvardan bəri milli komanda ilə xarici yarışlarda olmuş, martdan isə karantinə görə Azərbaycanda qalmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri