30 
İyn
2020
09:44
95
63
3550
Virtual karabakh

“Mançester Yunayted”in canlı əfsanəsi Azərbaycan millisini çalışdıra bilər

30 İyn, 2020
09:44
3550

“Mançester Yunayted”in canlı əfsanəsi Azərbaycan millisini çalışdıra bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiya futbolunun canlı əfsanəsi Roy Kin Azərbaycan millisinin baş məşqçisi təyin edilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

İrlandiya millisinin və “Mançester Yunayted”in 48 yaşlı canlı əfsanəsi üçün AFFA cəlbedici təklif hazırlayıb. Xəbərdə Kindən iki günə – 48 saat ərzində fikrini bildirmək istənildiyi qeyd olunub.

AFFA-dan qeyd olunan mənbəyə bildirilib ki, Roy Kin Azərbaycan millisinin çalışdırmağa əsas namizədlərdən biridir.

Qeyd edək ki, Roy Kin əvvəllər İngiltərənin “Sanderlend” və “İpsviç” komandalarında baş məşqçi işləyib. Bundan başqa, o, İrlandiya millisində, eləcə də, İngiltərənin “Aston Vila” və “Nottingem Forest” komandalarında məşqçi köməkçisi kimi çalışıb. O, ötən ilin iyunundan işsizdir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri