30 
İyn
2020
12:32
47
37
1649
Virtual karabakh

AFFA Roy Kinlə danışıqlar apardığını təsdiqlədi

30 İyn, 2020
12:32
1649

AFFA Roy Kinlə danışıqlar apardığını təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA tərəfindən danışıq aparılan mütəxəssislərin siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kin də var”.

Bu barədə Oxu.Az-a AFFA-dan məlumat veriblər.

Roy Kinin Azərbaycan millisinin sükanı arxasına keçməsi ilə bağlı Britaniya mətbuatında yayılan yazılanlara AFFA belə münasibət bildirib:

“Bir müddət əvvəl də xəbər verdiyimiz kimi, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki, hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam olaraq dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb”.

Qeyd edək ki, Britaniya mətbuatında Roy Kinə qərar vermək üçün 48 saat vaxt verildiyi yazılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri