İyl
2020
10:20
107
36
4926
Virtual karabakh

Premyer Liqanın bombardiri Azərbaycana təşəkkür etdi - FOTO

1 İyl, 2020
10:20
4926

Premyer Liqanın bombardiri Azərbaycana təşəkkür etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının ötən mövsümünün dörd bombardirindən biri olan Baqaliy Dabo ölkəmizlə vidalaşıb.

Oxu.Az xəbər verir ki, 31 yaşlı fransalı hücumçu Azərbaycanda oynadığı dörd ilə görə təşəkkürünü “Instagram” hesabı vasitəsilə bildirib:

“Azərbaycan, sənə bu dörd il üçün təşəkkürümü bildirirəm. Burada yaşadığım anları heç vaxt unutmayacağam. Hamıya ən yaxşısına nail olmağı arzulayıram. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhur olacaq. Bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, Baqaliy Dabo 2016-2018-ci illərdə “Qəbələ”də, 2018-2020-ci illərdə isə “Neftçi” forması ilə çıxış edib. O, ötən mövsüm vurduğu yeddi qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri