İyl
2020
16:51
22
107
3331
Virtual karabakh

AFFA dörd komanda üçün Nazirlər Kabineti ilə danışıqlar aparır

2 İyl, 2020
16:51
3331

AFFA dörd komanda üçün Nazirlər Kabineti ilə danışıqlar aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Nazirlərlər Kabineti ilə avrokuboklarda çıxış edəcək dörd Azərbaycan klubu ilə bağlı danışıqlar aparır.

Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

“Dünən bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla söhbətimiz olub. O, artıq bu işlə məşğuldur. Komandaların məşq etməsinə icazə alınması üçün işlər gedir, danışıqlar aparılır.

Avqustun ikinci həftəsindən komandalarımız avrokubok matçlarına çıxacaq. Ona görə də ən azı komandalar bir ay məşq keçməlidir. Təxminən iyulun ortalarından “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın məşqlərə başlaması üçün razılıq almaq istəyirik”.

“Bu il klublarımız uçuşlar olmadığından, Avstriya, Sloveniya və Türkiyə kimi ölkələrdə hazırlıq keçə bilməyəcək. Ona görə də həmin komandalar Bakıda hazırlıq keçməklə kifayətlənəcək.

PFL olaraq Qəbələ və ya Bakıda komandalar üçün turnir təşkil etmək istəyirik. Burada digər dörd Premyer Liqa klubu və I divizion komandaları da iştirak edə bilər. Bu barədə plan hazırdır. Sadəcə, dəqiq tarixi deyə bilmərik. Hər şey vəziyyətdən asılıdır”, - deyə Ramin Musayev bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri