İyl
2020
03:08
141
58
2846
Virtual karabakh

“Real” tək qolla liderliyini möhkəmləndirdi

İspaniya La Liqasında XXXIII tur başa çatıb.

Oxu.Az xəbər verir ki, son gündə üç oyun keçirilib.

Lider “Real” “Xetafe” ilə qarşılaşıb. Əsas rəqibi “Barselona”nın iki gün əvvəl xal itirməsindən yararlanan “Kral klubu” çətin qalibiyyət əldə edərək, çempionluq yolunda önəmli addım atıb.

Liderliyini möhkəmlədən Zinəddin Zidanın yetirmələri sona 5 tur qalmış izləyicisini 4 xal qabaqlayır.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Real Sosyedad” öz meydanında autsayder “Espanyol” üzərində qələbə qazanıb.

İspaniya La Liqası

XXXIII tur

2 iyul

“Eybar” – “Osasuna” - 0:2
Qollar:
Qarsiya, 6, 74

“Real Sosyedad” – “Espanyol” – 2:1
Qollar:
Villian Joze, 56; İsak, 84 - Lopes, 10

“Real” – “Xetafe” – 1:0
Qol:
Ramos, 79 (pen.)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri