İyl
2020
10:44
122
14
3507
Virtual karabakh

Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var

4 İyl, 2020
10:44
3507

Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Renat Dadaşov İngiltərənin “Koventri” klubunda çıxış edə bilər.

Oxu.Az “azerisport”a xəbər verir ki, bu barədə Britaniya mətbuatı Fərid Ələkbərov adlı jurnalistə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, II diviziondan I diviziona (Çempionşip) yüksəlmiş klub “Vulverhempton”da əsas heyətə düşə bilməyən 21 yaşlı R.Dadaşovu sıralarına qatmaqda maraqlıdır.

Onun xidmətində “Mançester Yunayted”in sabiq futbolçusu, “Koventri”nin 50 yaşlı baş məşqçisi Mark Robinsin şəxsən maraqlı olduğu deyilir. Hazırda futbolçunun icarəyə götürülməsi üçün “Vulverhempton”la danışıqlar aparılır.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ilin yanvar ayında I divizion klubu “Birminhem”ə icarəyə verilməyə yaxın olsa da, transfer pəncərəsi bağlandığından keçid baş tutmamışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri