İyl
2020
13:17
145
32
2763
Virtual karabakh

36 yaşlı Uesli Sneyder yaşıl meydanlara qayıdır

Niderland millisinin heyətində dünya çempionatının gümüş medallarını qazanmış futbolçu Uesli Sneyder karyerasını bərpa edir.

İspaniyanın AS qəzeti yazır ki, U.Sneyder Niderlandın “Utrext” klubunda çıxış etmək niyyətindədir.

36 yaşlı U.Sneyder karyerasını ötən il Qətərin “Əl-Qərəfə” klubunda başa vurub.

“Ayaks”ın yetirməsi olan Sneyder İspaniyanın “Real” (Madrid), İtaliyanın “İnter”, Türkiyənin “Qalatasaray” klublarının formasını geyinib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri