İyl
2020
10:02
60
43
1799
Virtual karabakh

“Barselona”nın prezidenti VAR-ı tənqid etdi

6 İyl, 2020
10:02
1799

“Barselona”nın prezidenti VAR-ı tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu VAR sistemini tənqid edib.

Xəbəri “Goal” agentliyi yayıb.

“Mən “Real” (Madrid) və “Atletiko” arasındakı qarşılaşmanı izlədim. Özümü çox pis hiss edirəm. Biz (“Barselona”nı nəzərdə tutur - red.) dünyada ən gözəl futbol nümayiş etdiririk. VAR isə koronavirusdan sonra ədalətsiz qərarlar verir. Bu qərarlar qarşılaşmaların nəticələrini dəyişir və həmişə eyni komandaya kömək edir”, - deyə X.Bartomeu bildirib.

Qeyd edək ki, İspaniya çempionatının 34-cü turunda “Real” “Atletiko”nu məğlub edib. Yeganə qolu 73-cü dəqiqədə penalti zərbəsi ilə Serxio Ramos vurub. Oyunun 76-cı dəqiqəsində isə “Atletiko”nun futbolçusu “Real”ın cərimə meydançasında kobudluqla dayandırılsa da, oyunun hakimi 11 metrlik cərimə zərbəsini təyin etməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri