İyl
2020
10:12
176
64
4580
Virtual karabakh

Mahir Emreli “Beşiktaş”a təklif olundu

6 İyl, 2020
10:12
4580

Mahir Emreli “Beşiktaş”a təklif olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə “Beşiktaş”la hallanmağa başlayıb.

Oxu.Az xəbər verir ki, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişində səsləndirdiyi fikirdən sonra Mahir bu kluba təklif olunub.

Məlumatı yayan “Fotospor” onun kim tərəfindən təklif edildiyini yazmayıb.

Belə ki, “Beşiktaş”ın rəhbəri açıqlamasında Azərbaycanda oynayan peşəkar futbolçuların onlara göstərilməsini, ancaq maaşlarının azərbaycanlı iş adamları tərəfindən ödənilməsini istəmişdi.

Qeyd edək ki, daha əvvəllər də Türkiyə mətbuatında “Beşiktaş”ın Mahir Emrelini transfer etmək istədiyinə dair qeyri-dəqiq informasiyalar yayılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri