İyl
2020
13:39
38
70
3492
Virtual karabakh

Azərbaycanda ən çox oynayan əcnəbi futbolçu: “Ölkəmə getməyə təyyarə axtarıram”

6 İyl, 2020
13:39
3492

Azərbaycanda ən çox oynayan əcnəbi futbolçu: “Ölkəmə getməyə təyyarə axtarıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hələ ki Bakıdayam. Ölkəmə qayıtmaq üçün uçuş yoxdur. Olanlarda da boş yer qalmayıb”.

Bunu Oxu.Az-a “Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.

Əvvəllər “Xəzər Lənkəran” və “İnter”in (həmçinin “Keşlə” adı ilə) formalarını geyinmiş 33 yaşlı müdafiəçi Azərbaycanla bağlı karyerasının hələ sual altında olduğunu bildirib:

“Zirə” ilə müqaviləm başa çatıb. Hazırda başqa klublarla danışıqlar aparıram. “Zirə”də heç kim gələcək taleyinin necə olacağını bilmir. Ola bilər ki, karyeramı Azərbaycanda davam etdirim”.

“Uçuş olmadığından, Rumıniyaya gedə bilmirəm. Getməyə təyyarə axtarıram. Ancaq ola bilsin ki, iyulun 11-i və ya 18-i İstanbula, oradan da Buxarestə uça bildim”, – deyə Adrian Skarlatake bildirib.

Qeyd edək ki, Adrian Skarlatake hazırda Azərbaycanda ən çox oynayan əcnəbi futbolçudur. O, yeddi ildir ki, Azərbaycanda legioner karyerası yaşayır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri