İyl
2020
14:20
24
363
14523
Virtual karabakh

İslamiadanın qalibi öldü: Bu ay hərbi xidmətə yollanmalı idi - FOTO

6 İyl, 2020
14:20
14523

İslamiadanın qalibi öldü: Bu ay hərbi xidmətə yollanmalı idi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IV İslam Həmrəyliyi Oyunlarının (İslamiada) ikiqat mükafatçısı, zorxana idmanı üzrə dünya və Avropa çempionu Rüfət Güləliyev ölüb.

Oxu.Az xəbər verir ki, o, 22 yaşında vəfat edib.

Bunu Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov saytımıza açıqlamasında deyib:

“Mən də onun öldüyünü bu gün eşitmişəm. Ürək çatışmazlığından vəfat edib. Bu ay əsgərliyə getməli idi.

Özü Bakıda yaşasa da, Laçından olan məcburi köçkün idi. Ailəsi Bərdə ilə Ağcabədi arasında yerləşən bir kənddə qalırdı. Bu gün orada dəfn olunmalıdır”.

Qeyd edək ki, Rüfət Güləliyev 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında fərdi yarışlarda qızıl, komanda yarışlarında isə gümüş medal qazanmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri