İyl
2020
15:45
21
210
5859
Virtual karabakh

AzTV: “Fikrət Adıgözəlli xəstəxanaya yerləşdirilməzdən əvvəl ev şəraitində müalicə alırdı”

6 İyl, 2020
15:45
5859

AzTV: “Fikrət Adıgözəlli xəstəxanaya yerləşdirilməzdən əvvəl ev şəraitində müalicə alırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nərgiz Rəfiyeva “İdman TV”nin iki əməkdaşı – Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusa yoluxmasından danışıb.

O, Oxu.Az-a açıqlamasında əməkdaşlarının koronavirusa yoluxmasını belə izah edib:

“Fikrət Adıgözəlli xəstəxanaya yerləşdirilməzdən əvvəl ev şəraitində müalicə alırdı. Qrip olmuşdu, qızdırması vardı. Rövşən Binnətli isə yenicə özünü narahat hiss etməyə başlayıb. Daha sonra hər iki əməkdaşımız test verib. Testin nəticəsi pozitiv çıxıb. Ona görə də hər iki əməkdaşımız dünən xəstəxanaya yerləşdirilib. Telefonla danışmışam, səhhətləri normaldır”.

Qeyd edək ki, AzTV-də futbol şərhləri ilə məşhur olan Fikrət Adıgözəlli “İdman TV”də baş redaktor vəzifəsində işləyir. “Lider”, “CBC Sport”da çalışmış Rövşən Binnətli isə ötən ilin oktyabrından “İdman TV”nin əməkdaşıdır, hazırda telekanalın direktor əvəzidir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri