İyl
2020
14:08
162
62
5233
Virtual karabakh

Azərbaycanın dörd komandasına məşqlərə başlamağa icazə verildi - ÖZƏL

7 İyl, 2020
14:08
5233

Azərbaycanın dörd komandasına məşqlərə başlamağa icazə verildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

Oxu.Az-ın xəbərinə görə, növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə razılıq verilib.

Gənclər və İdman Nazirliyi sərt karantinin tətbiq edilmədiyi rayonlardakı Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.

Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir. Böyük ehtimalla, sabahdan etibarən komandalar məşqlərə başlaya biləcək.

Bildirək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev Oxu.Az-a müsahibəsində AFFA-nın bu dörd klub üçün dövlətdən razılıq alması üçün danışıqlar apardığını bildirmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri