İyl
2020
16:30
16
68
2314
Virtual karabakh

“Neftçi” futbolçusunu başqa kluba göndərdi - RƏSMİ

8 İyl, 2020
16:30
2314

“Neftçi” futbolçusunu başqa kluba göndərdi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” Peşəkar Futbol Klubu futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. 

Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha bir illiyə artırılıb. 

Rəhman Hacıyev gələn mövsümün sonunadək Avropa Liqasında ölkəmizi təmsil edəcək  “Keşlə”yə icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev “Neftçi”də keçirdiyi altı mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri