İyl
2020
12:00
61
85
3768
Virtual karabakh

Azərbaycanlı idmançılar məşhur turnirin müqaviləsini imzalamaqdan imtina edib

9 İyl, 2020
12:00
3768

Azərbaycanlı idmançılar məşhur turnirin müqaviləsini imzalamaqdan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev məşhur təşkilatdan aldığı müqavilə təklifindən imtina etməli olub.

Bunu Oxu.Az-a idmançının özü deyib.

O, MMA-da UFC, “Bellator” və “Rizin”dən sonra dördüncü məşhur turnir sayılan, Sinqapurda fəaliyyət göstərən “One Fighting Championship”dən təklif aldığını bildirib:

“İyunun 28-də menecerim mənə yazdı ki, Tailandın paytaxtı Banqkokda “One FC”nin yarışı var. Həmin döyüş iyulun 31-də olmalıdır. Mənə və tələbəm Əli Quliyevə müqavilə təklifi olduğunu bildirdi.

Biz də razılığımızı verdik. Çəki salmağa başladıq. Əlinin rəqibi braziliyalı idi, amma mənimki hələ bilinmirdi. İyunun 30-da müqavilə göndərildi. Ancaq müqavilədə məbləğin çox az olduğunu gördüm.

Mən də bu döyüşə görə bir ay Tailandda qalmalı olduğumdan, hesabladım ki, xərclərim çox çıxır. Ona görə də imtina etdim. Sonra Tailanddakı “Tiger Muay Tay”ın qazaxıstanlı meneceri Sayad Əbdürəhmanov mənə zəng etdi ki, imtinanın səbəbini öyrənsin. Ona da fikrimizi çatdırdıqdan sonra razılaşdı ki, məbləğ çox azdır.

Ancaq Sayad onlarla danışdıqdan sonra məbləği yüksəltdilər. Biz isə artıq Bakıya bilet almışdıq. Tailanddan Bakıya bir biletin qiyməti təxminən 1000 dollardır. Ona görə də müqavilə imzalayası olmadıq. Amma danışıqlar yenə gedir. Ola bilər ki, gələn turnirlərdə orada döyüşüm”.

Qeyd edək ki, “Döyüşçü” ləqəbli ilə tanınan Aqşin Babayev və üç tələbəsi martda Tailandda təlim-məşq toplanışı keçdiyi vaxt karantin elan edilib və sərhədlər bağlanıb. Onlar artıq bu gün axşam İstanbuldan Bakıya təyyarə ilə gələcəklər.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri