İyl
2020
12:53
19
85
1448
Virtual karabakh

Bakıda bu il Dünya Kubokunun əvəzinə Qran-Pri keçiriləcək

9 İyl, 2020
12:53
1448

Bakıda bu il Dünya Kubokunun əvəzinə Qran-Pri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışı keçirilə bilər.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) yarışların yenilənmiş təqvimini dərc edib.

Təqvimə əsasən, 13-19 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplantısı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Bu yarışla bağlı yekun qərar dünyada tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Xatırladaq ki, daha əvvəl IBSA Milli Paralimpiya Komitəsinə noyabrda Bakıda paracüdo üzrə Dünya Kubokunun keçirilməsi üçün müraciət etmişdi.

Eyni zamanda, 2021-ci ilin may ayında Bakıda paracüdo üzrə Qran-Pri yarışının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib.

Qeyd edək ki, 2021-ci il may ayında keçiriləcək Qran-Pri gələn il Tokioda keçirilməsi planlaşdırılan Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri