İyl
2020
16:21
118
44
2033
Virtual karabakh

Tunisli idmançılar Bakıda koronavirus testindən keçirildi - VİDEO

9 İyl, 2020
16:21
2033

Tunisli idmançılar Bakıda koronavirus testindən keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərhədlər bağlı olduğu üçün ölkəmizdə qalan Tunisin ağırlıqqaldırma üzrə millisinin dörd idmançısı və baş məşqçisi koronavirus testindən keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq ağır atletlərin Bakıdan İstanbula getməsi üçün təyyarəyə bilet bron edilib.

Onlar bu gün Bakıdakı laboratoriyalardan birində koronavirus testindən keçiblər. Əgər sabah onların testlərinin nəticələri neqativ çıxarsa, baş məşqçi və idmançılar iyulun 11-i saat 11:30-da İstanbula gedən təyyarədə yerini ala biləcək. İstanbuldan isə onlar Tunisin eyniadlı paytaxtına yola düşəcək.

Qeyd edək ki, Kərəm Ben Hnia, Aymen Başa adlı iki kişi, Nuha Landulsi və Şaima Rahmuni adlı iki qadın idmançı misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında martın 4-dən Azərbaycandadır. Onlar Afrika çempionatına hazırlıq məqsədilə Bakıya təlim-məşq toplanışına gəlsələr də, sərhədlər bağlandığından, burada qalıblar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri