İyl
2020
23:06
77
60
4326
Virtual karabakh

“Neftçi”də yeni məşqçi

9 İyl, 2020
23:06
4326

“Neftçi”də yeni məşqçi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

47 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub.

2018-ci ildə klubun əvəzedici komandasının baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri