10 
İyl
2020
16:36
32
78
3109
Virtual karabakh

“Neftçi”nin futbolçuları karantinə alındı

10 İyl, 2020
16:36
3109

“Neftçi”nin futbolçuları karantinə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin futbolçuları karantinə alınıb.

Bu barədə Oxu.Az-a klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, komanda Qəbələdəki təlim-məşq toplanışınadək koronavirusa yoluxmasın deyə, müvəqqəti karantinə alınıb:

“Dünən kim Qəbələdəki hazırlığa gedəcəkdisə, onlar da test verib və karantinə alınıblar. Bunu onun üçün etmişik ki, heç yerə çıxmasınlar və onlarda koronavirusa yoluxma təhlükəsi olmasın. Bu gün testin cavabları bilinməlidir.

Testin cavabları bilindikdən və heyətdə heç kimdə problem olmadıqdan sonra komanda sabah Qəbələyə təlim-məşq toplanışı keçməyə gedəcək. Hazırlıq iyulun sonunadək nəzərdə tutulub”.

Qeyd edək ki, “Neftçi” ölkəmizi avqustda Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək. Komandanın rəqibi avqustun 10-da atılacaq püşkatmaya əsasən bilinəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri