10 
İyl
2020
17:04
86
31
3095
Virtual karabakh

Kiyev “Dinamo”su və “Spartak”ın sabiq məşqçisi Azərbaycanda işləyəcək - FOTO

10 İyl, 2020
17:04
3095

Kiyev “Dinamo”su və “Spartak”ın sabiq məşqçisi Azərbaycanda işləyəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

Oxu.Az xəbər verir ki, komandaya bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes başçılıq edəcək. 48 yaşlı məşqçi ilə iki illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəsində “Atletik” klubunda 14 il işləmiş Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.

Xatırladaq ki, “Sabah” bu yaxınlarda xorvatiyalı baş məşqçisi Jelko Sopiçlə yollarını ayırmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri