10 
İyl
2020
21:45
53
74
3061
Virtual karabakh

“Neftçi” bir futbolçu ilə vidalaşıb digərini komandaya qaytardı

10 İyl, 2020
21:45
3061

“Neftçi” bir futbolçu ilə vidalaşıb digərini komandaya qaytardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” futbolçularından biri ilə yolunu ayırıb, bir oyunçu isə komandaya geri qaytarılıb.

Klubdan Oxu.Az-a verilən xəbərdə qeyd edilib ki, müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Federiko ilə yollar ayırılıb.

Dario “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, beş qol vurub.

Bundan başqa, Fəhmin Muradbəyli komandaya qaytarılıb. 24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsi başa çatıb.

Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Fəhmin Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, altı qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri