11 
İyl
2020
12:30
54
160
2742
Virtual karabakh

Zidan: “VAR-dan istifadənin əleyhinəyəm”

11 İyl, 2020
12:30
2742

Zidan: “VAR-dan istifadənin əleyhinəyəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zinəddin Zidan La Liqanın 35-ci turunun “Real” - “Alaves” (2:0) matçında baş verənləri şərh edərkən, futbolda VAR sisteminə qarşı olduğunu bildirib.

Madrid klubunun baş məşqçisi bu barədə fikirlərini as.com saytına müsahibəsində deyib.

“VAR mübahisəli epizodlara aydınlıq gətirmək üçündür. İstərdim ki, VAR-dan istifadə olunmasın, amma ona ehtiyac yaranırsa, məcburuq ki, xidmətlərindən yararlanaq”, - deyə, Z.Zidan qeyd edib.

Xatırladaq ki, VAR sistemi 2016-cı ildən sınaqdan keçirilməyə başlanıb və artıq bir sıra çempionatlarda fəal şəkildə istifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri