13 
İyl
2020
11:51
138
43
4105
Virtual karabakh

“Barselona”nın prezidenti klubu tərk etməyə hazırlaşan Messini təriflədi

13 İyl, 2020
11:51
4105

“Barselona”nın prezidenti klubu tərk etməyə hazırlaşan Messini təriflədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Maria Bartomeu 33 yaşlı Lionel Messi barədə fikirlərini bölüşüb.

“Goal” nəşrinə müsahibə verən X.Bartomeu L.Messinin karyerasını “Barselona”da bitəcəyinə şübhə etmədiyini bildirib.

“Biz Messi ilə danışıqlar aparırıq və aparmaqda davam edəcəyik. O, karyerasını “Barselona”da başa vurmaq istəyir. L.Messinin klubda qalacağına şübhə etmirəm”.

Kataloniya klubunun prezidenti 33 yaşlı futbolçunun son günlər nümayiş etdirdiyi oyuna da toxunub:

“Onun oyun üslubunu qarşılaşmaya uyğunlaşdırması heyranedicidir. Messi hər il bizə yeni nə isə təqdim edir, qollarının sayı, ötürmələrinin dəqiqliyi azalmır. Əksinə, zaman keçdikcə göstəriciləri daha da yüksəlir. L.Messinin 2025-ci ildə necə oynayacağını asanlıqla təsəvvür edə bilərəm”, - deyə “Barselona” klubunun prezidenti fikrini tamamlayıb.

Xatırladaq ki, son dövrlərdə argentinalı ulduz futbolçunun “Barselona”nı tərk edərək, karyerasını “Mançester Siti” klubunda davam etdirəcəyi barədə xəbərlər yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri