14 
İyl
2020
10:22
27
70
2382
Virtual karabakh

Azərbaycan çempionatının bombardiri Kiprdə problemlə üzləşdi

14 İyl, 2020
10:22
2382

Azərbaycan çempionatının bombardiri Kiprdə problemlə üzləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardirlərindən olmuş Baqaliy Dabo AFFA-dan sənədlərini gözləyir.

Oxu.Az xəbər verir ki, “Neftçi”dən qalmaqallı şəkildə ayrılan fransalı hücumçu iyulun 3-də Kiprin “Apollon” klubu ilə iki illik müqavilə bağlasa da, problemlə üzləşib.

Belə ki, 31 yaşlı futbolçunun sifariş olunması üçün AFFA-dan icazə sənədinin gəlməsi lazımdır.

Qeyd edək ki, Baqaliy Dabo “Qarabağ”dan Mahir Emreli və “Sumqayıt”dan Peyman Babayi ilə 2019/2020 mövsümünün şərikli bombardiri olub. Hər üç futbolçu son səkkiz turu oynanılmamış çempionatda yeddi qol vurub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri